Papa Ukrayna bayrağını qaldırdı: “Buçadan gətirilib”

Papa Ukrayna bayrağını qaldırdı: “Buçadan gətirilib”
Roma Papası Fransisk ümumi auditoriya qarşısında Ukraynada günahsız şəkildə öldürülənlər üçün dua edib və müharibəyə son qoymağa çağırıb.

HİT.az xarici KİV-ə istinadən xəbər verir ki, Pontifik qeyd edib ki, Ukraynadakı müharibə xəbərləri rahatlıq və ümid gətirmək əvəzinə, Buçadakı qırğın kimi yeni vəhşiliklər gətirir.

Sonra o, ayağa qalxıb və Ukrayna bayrağını açaraq nümayiş etdirib:

"Dünən bu bayraq mənə müharibədən əziyyət çəkən Buçadan gətirilib. Həmçinin, burada ukraynalı uşaqlar da var ki, onlar indi bizimlədirlər. Müharibə səbəbindən torpağınızdan ayrı düşmək çətindir”. 

Qeyd edək ki, Ukraynada müharibə zamanı yaralanan uşaqlardan bir neçəsi Vatikandakı "Bambino Gesu”da yerləşdirilib. Papa martın 19-da onlara baş çəkmişdi. //lent.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az