Aparıcı Yusif efirə qayıdır
Uzun müddətdir ki, teleməkandan uzaqlaşan məşhur aparıcı Yusif Ağayev yeni layihədə iştirak edəcək.
Vətəninfo.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, 106 FM-də fəaliyyət göstərən aparıcı bu haqda "ATV maqazin" verilişinə açıqlamasında deyib:
"İllər sonra efirə qayıdıram. Verilişin adı "Saat 10-dan sonra"dır. Bir sıra rubrikalarımız var. Proqrama yaddan çıxmış aktyorları dəvət edəcəyik, şou-biznes aləmindən də qonaqlarım olacaq. İlk qonağım Zülfiyyə Xanbabayevadır. mən olan yerdə şou-biznes mütləıq olmalıdır".