Arvadının çılpaq şəkilləri yayıldı - Prezidentliyə namizədin -Fotolar

Arvadının çılpaq şəkilləri yayıldı - Prezidentliyə namizədin -Fotolar

ABŞ-da prezidentliyə namizəd Donald Trampın həyat yoldaşının açıq-saçıq fotoları ortaya çıxıb.

Miq.az xəbər verir ki, iş adamının həyat yoldaşı Melaniyanın çılpaq şəkilləri sosial şəbəkələrdə qısa zamanda yayılaraq hər kəsin diqqətini çəkib. Amerikalılar bu şəklin altına "ABŞ-ın yeni birinci xanımı ilə tanış olun", "Trampın həyat yoldaşı budur" kimi ifadələr qeyd ediblər. 

Baku.ws-in yazdığına görə, qərb KİV-i hesab edir ki, Melaniyanın çılpaq şəkillərinin yayılması Trampın prezident seçkilərindəki bir nömrəli rəqibi - senator Kruzun tərəfdarlarının işidir. Bu addım mediamaqnatanın qəzəblənməsinə səbəb olub. Donald Tramp Twitter-də öz opponentinə cavab verib. Milyarder, Kruzu yalançı adlandırıb və senatoru arvadının bütün sirlərini açmaqla hədələyib.

Xatırladaq ki, yayılan şəkillər 2000-ci ildə çəkilib. Meloniya "GQ" jurnalı üçün kamerasına keçərək bu pozları verib. O zaman Melaniya model işləyirdi. Melaniya və Donald Tramp 1999-cu ildə tanış olub. 6 il sonra onlar evləniblər. Onların toy mərasimi mətbuatda geniş işıqlandırılıb. Cütlüyün 2006-cı ildə Berron Uilyam Tramp adlı oğlan uşaqları dünyaya gəlib.





Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az