Bu gün bir qrup gənc, QHT nümayəndələri Avropa İttifaqının (Aİ) Bakıdakı ofisi qarşısında etiraz aksiyası keçiriblər.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları Aİ-nin Azərbaycana qarşı mövqeyinin qərəzli olduğunu vurğulayıb, aparılan siyasətə etiraz ediblər.
Bu qurumu ikili standartlardan əl çəkməyə çağırıblar.
Aksiya iştirakçıları əllərində “Avropa İttifaqına ar olsun!”, “Azərbaycandan əl çəkin!”, “Vətəndaş cəmiyyəti ikili standartlara “yox” deyir!”, “İdmanı siyasiləşdirməyin!”, “Üzdə dost, arxada düşmən olmayın!” və başqa şüarlar yazılan plakatlar qaldırıblar.
İştirakçılar Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə etiraz ediblər. Onlar Aİ-ni Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən pozulan hüquqlarını tanımağa, pozulan haqlarını müdafiə etməyə çağırıblar.
Daha sonra aksiyanın qətnaməsi oxunub. Qətnamə Aİ nümayəndəliyinə təqdim edilib.
Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL