Avqustun 1-dən "AvtoVAZ” bir sıra "Lada” modellərinin qiymətini artıracaq. Şirkətin mətbuat xidmətindən bildiriblər ki, artım 4%-dən ibarət olacaq.
"Lada”nın ən məşhur - Granta, Kalina (Cross ailəsi istisna olmaqla) və Lada 4x4 modelləri bahalaşacaq”, - şirkətin nümayəndələri jurnalistlərə bildiriblər.
Qiymətlərin artımını belə izah ediblər: "AvtoVAZ”da birinci yarım il üçün gəlir keçən il ilə müqayisədə 2,2% azalıb. Şirkətin məsrəfləri isə Rusiya mühasibat hesablama standartlarına görə, 6,6 milyard rubldan ibarət olub.
Yeri gəlmişkən, "AvtoVAZ” əsas sahibi Renault-Nissanın diller şəbəkəsi vasitəsilə xaricdə avtomobil satışına başlaya bilər. İndi "Lada”lar əsasən Qazaxıstana, Azərbaycana və Ukraynaya tədarük edilir.
"AvtoVAZ” öz məmulatlarını Avropada satışa çıxarırdı, amma keçən ilin payızında texniki standartlara müvafiq olmaması ucbatından ixracı dayandırdı.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL