Azərbaycan əsilli müğənni Tramp haqda: Məni evimdən qovur – VİDEO

Azərbaycan əsilli müğənni Tramp haqda: Məni evimdən qovur – VİDEO
"Mən özümə başqa sığınacaq axtarmalı olacağam”.

Miq.az İstiPress-ə istinadla xəbər verir ki, bu sözləri əslən azərbaycanlı məşhur müğənni Ququş Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın 7 müsəlman ölkəsinə qoyduğu qadağaya münasibət bildirərkən deyib.

Amerikada yaşayan ifaçı "Euronews” telekanalının aparıcısının suallarını cavablandırıb.

Teleaparıcı Ququşa belə sual verib: "Sizin qrin kartınız var, Los Ancelesdə yaşayırsınız. Sabah ABŞ-a qayıdacaqsınız. Narahat olmurusunuz ki, ABŞ-a gələndə sizi tuta bilərlər?”.

Müğənni bu cür hissləri 37 il əvvəl də hiss etdiyini deyib:

"1987-ci ildə Londondan Tehrana qayıdanda problemlərlə üzləşdim. İslam rejimi hakimiyyətə gələndən sonra 21 il səhnəyə çıxa bilmədim. İndi isə ABŞ-a gələ bilmərəm. Çünki mən müsəlmanam. Bu, məni narahat edir. Fərman imzalandığı gündən mən ikinci evimdən qovulduğumu düşündüm”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az