“Birinci Avropa Oyunları təkcə Azərbaycan üçün deyil, həm də Avropa tarixi üçün əlamətdar bir hadisədir. Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə Avropa Oyunlarının təməlini qoyur və bununla da Avropanın idman ənənələrinin formalaşmasında şərəfli bir tarix yazır”. Bunu deyən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, bu oyunlarla bağlı həyata keçirilən hazırlıq mərhələsi uğurla yekunlaşıb. Bütün Avropa və dünya möhtəşəm aşılış mərasiminin şahidi olacaq: “Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycan dövləti, iqtidarı və bütövlükdə Azərbaycana qarşı olan böyük bir inamın göstəricisidir. Azərbaycanın iqtisadi inkişafının, dünyada artan nüfuzunun göstəricisidir. Buna müvafiq olaraq Azərbaycan Birinci Avropa Oyunlarını yüksək səviyyədə başa çatdıracaq. Şübhəsiz ki, ölkəmizə gələn on minlərlə turist, otuzdan artıq dövlət və hökumət başçısı, jurnalistlər öz ölkələrin xoş təəssüratla qayıdacaqlar. Onların Azərbaycan reallıqlarına, ölkədə gedən sürətli inkişafa şahid olmaları olduqca əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan bununla dünya idman tarixində öz imzasını qoyur. Bundan sonra Avropa Oyunları hansı ölkədə keçirilməsindən asılı olmayaraq həmin ölkələrdə birmənalı şəkildə 1 Avropa Oyunlarına ev sahibliyi etmiş Azərbaycan xatırlanacaq. Bunun özü Azərbaycan üçün çox böyük bir tarixi hadisədir”. Alim ”OLAYLAR”İA