“Andranik Qriqoryan kimi ağ bayraq qaldıran ermənilərin bu cür meylləri artmaqdadır. Biz Ermənistan dövləti ilə Dağlıq Qarabağ ermənilərinə ayrı siyasət yürütməliyik”.
Vətəninfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O, “biz sabah ağ bayraq qaldıran erməniləri qəbul etməyə hazırıqmı” sualı ərafında mühakimə yürüdüb: “Bu sual üzərində düşünməkdən daha çox, müharibəyə köklənmişik. Buna da səbəb Ermənistanın yürütdüyü siyasətdir”.
Deputatın fikrincə, Dağlıq Qarabağ ermənilərini Ermənistan dövlətinin avantürist siyasətindən azad etmək lazımdır.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə də bu məsələyə münasibət bildirib.
O qeyd edib ki, həmin ermənilərə Azərbaycan pasportu verilməlidir: “Dağlıq Qarabağdakı ermənilər bizim torpaqlarda anadan olub. Onların Azərbaycan tərəfindən bağışlanması üçün aiddiyyəti orqanlar qərar qəbul etməlidir. Dağlıq Qarabağdakı ermənilərə Azərbaycan tərəfindən qaçqın statusu verilə bilər”.
İqbal Ağazadənin bu təklifinə spiker Oqtay Əsədov münasibət bildirib. Onun fikrincə, əgər onlara qaçqın statusu verilsə, Ermənistanda adam qalmaz.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR