Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində "Azərbaycan Seysmoloqlar Assosiasiyası” İctimai Birliyinin həyata keçirdiyi "Bakı şəhəri Xətai rayonunun seysmik riskinin qiymətləndirilməsi və baş verə biləcək zəlzələlərin ətraf mühitə təsiri imkanlarının araşdırılması” layihəsinə həsr olunan tədbir keçirilib.
"Report” xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli ölkə ərazisində seysmik aktivliyin qeyri-bərabər paylandığını deyib.
O, ölkədə güclü zəlzələlərin daha çox Şamaxıda, Gəncədə, Naxçıvan Muxtar Respublikasının Ermənistanla həmsərhəd ərazilərində baş verdiyini diqqətə çatdırıb.
Şöbə müdiri ölkə ərazisində güclü zəlzələlərin baş verməsinin səbəbini də açıqlayıb. O, bunun iri dərinlik qırılmaları ilə əlaqədar olduğunu vurğulayıb.
T.Məmmədli Bakı şəhəri, Xətai rayonu ərazisində olan köhnə, sovet dönəmində tikilən beşmərtəbəli binalarda zəlzələ riskinin böyük olduğunu bildirib. Onun sözlərinə görə, orada ehtimal olunan seysmik təhlükə 8 balla qiymətləndirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR