Bakı və Abşerondakı bəzi sürüşmə sahələrində aktivlik qeydə alınıb

Bakı və Abşerondakı bəzi sürüşmə sahələrində aktivlik qeydə alınıb
2019-cu ilin sentyabr ayında respublika ərazisində və Abşeron yarımadasında ekzogen geoloji proseslərin dinamikası üzərində aparılan müşahidələrin nəticəsi açıqlanıb.

Kompleks Monitorinq və Hidrogeoloji Tədqiqatlar İdarəsindən APA-ya verilən məlumata görə, "Zığ-1” sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub.
Məlumata əsasən, Binəqədi I mədən yaşayış sahəsində subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur. Bundan başqa Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur.
Abşeron rayonu, Nübar qəsəbəsindəki sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə-çökmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb.
Xəzər rayonu, Qala qəsəbəsindəki sahədə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az