Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”

Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
"İranın Kəşfiyyat Nazirliyinin Azərbaycan Televiziyası ilə bağlı açıqlaması qəbuledilən deyil. Belə bir addımın atılması birmənalı olaraq yolverilməzdir və münasibətlərə xələl gətirəcək məsələdir. İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir. Buna görə də İran diqqətli olmalı, ikitərəfli münasibətlərə xələl gətirməməlidir. Hazıkı ümumi proseslər, addımlar əlaqələrimizin qorunmasını vacib, labüd edir. Hər iki tərəf buna çalışmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, İran Azərbaycanın yaxın qonşusudur: "Orada bizim çoxlu sayda soydaşımız yaşayır. Buna görə də İranla münasibətləri qorumalıyıq. Birinci vacib məsələ budur ki, cənab Prezident İlham Əliyev İranla əlaqələrin inkişafında maraqlıdır. Eyni zamanda təkcə cənab Prezident İlham Əliyev deyil, İranın hazırkı Prezidenti də münasibətlərin inkişafında maraqlıdır. Zaman-zaman hər iki tərəfdə müxtəlif yanaşmalar ola bilər. Təəssüf ki, İran tərəfindən müəyyən açıqlamalar müşahidə edirik. Bu mənada münasibətlərimiz olduqca gərgin və mürəkkəb dövrdən keçdi. Uzun cəhdlərdən sonra münasibətlərin normallaşması baş verdi. Çalışmalıyıq ki, bu gündən sonra münasibətləri qoruyaq və inkişaf etdirək, əlaqələrin yenidən pozulmasına, pisləşməsinə imkan verməyək. Bu, hər iki tərəfdən asılıdır, təkcə bizdən asılı deyil”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az