Azərbaycan neftinin qiyməti 107 dolları ötdü

Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Dünya bazarında Azərbaycan neftinin qiyməti 107 dolları ötüb.

Qaynarinfo xəbər verir ki, "Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,11 ABŞ dolları və ya 2,98% artaraq 107,31 ABŞ dollarına yüksəlib. Bundan əvvəl Azərbaycan nefti 104,20 ABŞ dollarına ticarət edilmişdi.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 106,51 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,18 ABŞ dolları və ya 3,15 % artaraq 104,23 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az