Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”

Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
"Xaricdəki mühacirlərin qarşısına deputatların da çıxması, xarici səfərlər zamanı mühacirlərlə görüşüb üz-üzə sözlərini demələri ilə bağlı təklif yaxşı təklifdir. Xaricdəki mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur. Xarici səfərlərdə bu cür blogerlərlə, yaxud Azərbaycan dövlətinə qarşı müxalifətdə olan insanlarla üzbəüz durmağa, söhbət etməyə, arqumentimi səsləndirməyə həmişə hazıram”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

 

A.Mirzəzadə hesab edir ki, digər deputat həmkarları da bunu edə bilərlər: "Bizim deməyə sözümüz var. Mövqeyimiz həqiqətə, ədalətə, real işlərə söykənib. Onların istənilən iradına cavab vermək gücündəyik”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az