İyulun 6-dan avqustun 15-dək Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Azərbaycanda Koreya Kinosu Festivalı” keçiriləcək.
Festivalda 2008-2013-cü illərin istehsalı olan 10 Koreya filmi nümayiş olunacaq. Filmlər SEBA Assosiasiyasının dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub.
Kino festivalında Koreya filmləri ölkəmizin 5 regionunda - Gəncə (6-12 iyul), Lənkəran (13-19 iyul), Sumqayıt (20-29 iyul), Ağdaş (31 iyul-6 avqust) və Qəbələdə (7-15 avqust) nümayiş olunacaq.
Festivalın rəsmi açılışı iyun ayının 6-da Gəncə şəhərində baş tutacaq və tamaşaçılara 2008-ci ildə rejissor Yim Soon-rye tərəfindən lentə alınmış “Əbədi An” (“Forever The Moment”) adlı film təqdim olunacaq.
Kino festivalının bağlanış mərasimi avqust ayının 15-də Qəbələdə keçiriləcək. Festivala 2011-ci ildə rejissor Choi Ik-hwan tərəfindən lentə alınmış “Ana” (“Mama”) adlı filmlə yekun vurulacaq.
“Azərbaycanda Koreya Kinosu Festivalı”nın tədbirləri ictimaiyyət üçün açıqdır və nümayiş olunan bütün filmlərə giriş pulsuz olacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL