Azərbaycanlı iş adamı həbs olundu-Amerikada

Azərbaycanlı iş adamı həbs olundu-Amerikada
Rza Zərrabın ABŞ-ın Mayami şəhərində həbs olunduğu açıqlanıb.

 Türkiyə mediası xəbər verir ki, Rıza Zərrab amerikalı prokurorlar bazar ertəsi günü verdikləri açıqlamada iş adamı Rza Zərrabın həbs olunduğunu bildiriblər. Prokurorlar Zərrabın İran hökuməti adından ölkəyə tətbiq olunan sanksiyalardan qaçmaq üçün qurduğu mexanizmin parçası olaraq yüz milyonlarla dollarlıq əməliyyatlar həyata keçirdiyini açıqlayıblar. Zərrabdan başqa Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşının da həbs olunduğunu bildirilir./Musavat.com/

Qeyd edək ki, iki il öncə Riza Zərrab Türkiyədə həyata lkeçirilən 17-23 dekabr antikorrupsiya əməliiyyatı çərçivəsində də həbs edilmiş, bir neçə ay təcridxanada yatmış, sonra azad olunmuşdu. 

Qeyd edək ki, Riza Zərrabın iş ortağı Babək Zəncani də İranda həbs olunub və ona edam cəzası kəsilib.

Hazırda R.Zərrab bank sənədlərini saxtalaşdırmaqda və çirkli pul yumaqda suçlanır və bu ittihamlara görə ona 75 il həbs cəzası düşür.

Rıza Zərrab 1983-ci ildə İranda doğulub, Türkiyədə yaşayan iranlı iş adamıdır. 

O, Türkiyənin məşhur müğənnisi Ebru Gündəşin həyat yoldaşıdır.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az