Azyaşlı izləyicilər 2 tamaşanın premyera sevincini yaşayacaqlar.
Mart ayının 9-da saat 12.00da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2013-cü ilin ilk premyerası - “Qaraca qız” tamaşası nümayiş etdiriləcəkdir. Teatrın mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, S.S.Axundov və A.Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış iki hissəli nağıl tamaşanın quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur. Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Seyidşah Məmmədov, aktyorlar Manaf Dadaşov, Güşvər Şərifova, Simuzər Atakişiyeva, Hüsniyyə Əhmədova, Asya Atakişiyeva, Roza İbadova, Elşən Hacıbabayev, Zümrüd Quliyeva, İlqarə Tosova, Nuriyyə Əliyeva və başqaları çıxış edəcəklər.
Növbəti premyera isə mart ayının 10-da saat 12.00da Bolqar yazarı Panço Pançevin eyniadlı əsəri əsasında hazırlanmış “Dörd əkizin nağılı” tamaşasıdır. Səhnə əsərinin quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır. Əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Hüseynov, Kərəm Hadızadə və başqa aktyorlar canlandıracaqlar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR