Bakıda 14 yaşlı yeniyetmə qızı vuran sürücü hadisə yerindən qaçdı

Bakıda  14 yaşlı yeniyetmə qızı vuran sürücü hadisə yerindən qaçdı

Bakının  Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Miq.Az xəbər verir ki, hadisə 9-cu mikrarayon ərazisində "Su Sonası" şadlıq sarayının yaxınlığında baş verib. 

Yolu keçən 2007-ci il təvəllüdlü  Humay Əsgərlini avtomobil vurub. 

Yaralı yeniyetmə təcili yardımın köməkliyi ilə paytaxtda yerləşən özəl xəstəxanaların birinə çatdırılıb.

Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Onu da qeyd edək ki, hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Onun kimliyi polis tərəfindən araşdırılır. 

Faktla bağlı araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az