Salyanda tanınmış həkim və arvadı qətlə yetirildi - Rəsmi

Salyanda tanınmış həkim və arvadı qətlə yetirildi - Rəsmi

Salyanda ər və arvad qətlə yetirilib.

Verilən məlumata görə, hadisə rayonunun Kərimbəyli kəndində qeydə alınıb.

Həmin kəndin sakinləri - 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Münəvvər Məmmədova naməlum şəraitdə qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Məmmədov əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışıb.

***

Martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az