“Damda dəli var” toplusuna yazıçının populyar hekayələri daxil edilib
Hədəf Nəşrləri mətbuat xidmətinin Vətəninfo.az-a verdiyi məlumata görə, Hədəf Nəşrlərinin “XAN” (“Xalqımız, Azərbaycanımız Naminə”) tərcümə ədəbiyyatı layihəsi çərçivəsində tanınmış Türkiyə yazıçısı Əziz Nesinin “Damda dəli var” hekayələr toplusu nəşr olunub.
Nəşriyyatın mətbuat xidmətindən verilən məlumata görə, kitabın tərcüməçisi Sevinc Xanqızı, redaktoru Oktay Hacımusalı, naşiri Müşfiq XANdır.
Kitaba daxil olan hekayələr satirik ruhda verilib və oxuculara nəsihət xarakteri də hiss olunur.
Hekayələrdə damdan düşmək istəməyən dəlinin məqsədli işlətdiyi siyasət, siyasətçilərin kəndlilərin səsini qazanmaq üçün cəhdləri, bir-birini məhv etməyə çalışan iki bəyin sürücüləri tərəfindən aldadılması, iş üçün gələn insanların üzərində “zarafat məmulatları”nın yoxlanılması, eləcə də, siyasi həyatda olan münasibətlər təsvir olunub.
Türkiyənin lətifə ədəbiyyatının zirvəsi hesab olunan Əziz Nesinin “Bir məzhəkəçinin xatirələri” adı altında verilən 4 hekayəsində o dövrlərdə teatr həyatında sənətçilərin qarşılaşdığı problemlər, maneələr və çətinliklər öz əksini tapıb.
Kitab müxtəlif yaşlı oxucu qrupu üçün maraqlı ola bilər.
Könül İbrahim
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR