Bakıda "Globus Plaza"nın iri şüşə parçası qırıldı: Yaralılar var - VİDEO

Bakıda
Bakının Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb.


Hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

Belə ki, "Globus Plaza"ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub.

Hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, plazadan faktı təsdiqləyiblər. Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb. (APA)
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az