Bakıda bir qızın iki nəfər tərəfindən zorlanmasına dair cinayət işi açılıb.
Vətəninfo.az Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatına istinadən xəbər verir ki, fevralın 15-də saat 04 radələrində Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığında “VAZ 2107” markalı 10-DR-825 dövlət qeydiyyat nişanlı avtomobildə olan hələlik şəxsiyyətləri istintaqa məlum olmayan iki şəxsin Sənubərə (ad şərtidir) qarşı onun köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq etməklə avtomobilə əyləşdirib bıçaqla hədələməklə pulunu alması, daha sonra onunla zorla cinsi əlaqədə olmaları faktına görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb. İşlə bağlı müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda iş üzrə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR