Ötən gün Bakının Sabunçu rayonu ərazisində güclü partlayış olub.
Vətəninfo.az xəbər verir ki, Sabunçu rayon Polis İDarəsi 15-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 14:50-də qeydə alınıb.
Pirşağı bağlarında evlərin birində güclü partlayış səsi eşidilib. Partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində 65 yaşlı Vaqif Hacıyev yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər cəlb olunub. Ağır yanıq xəsarətləri alan Vaqif Hacıyev xəstəxanaya yerləşdirilib. Onun bütün bədəni yanıb. Hazırda vəziyyəti ağırdır.
Araşdırmalar zamanı məlum olub ki, hadisə qaz sızmasından baş verib. Kişi su qızdırıcısını yandırmaq istəyərkən partlayış olub.
Faktla bağlı araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR