Bana bir şeyləri anlat, lütfən, sayın RTE!
Azərbaycanın möhtərəm və möhtəşəm jurnalisti Aydın Can(ıyev) Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoģana ünvanlı status paylaşıb. Sanbalını nəzərə alaraq, saytda yerləşdiririk.
Söz RTE-yə verilsin! Desin görək nə verir baş?
Artıq sosial şəbəkə ekstrasensləri və müctəhidləri havalanma həddinə gətiriblər!!!
Vətəni M.Ə.Rəsulzadə kimi də sevmək olar - itirsən də, 100 il sonra da olsa, bayraģın yüksələr!
Vətəni N.N.Nərimanov kimi də sevmək olar - 100 il birtəhər-bircür yaşayar, axırı
Ə.Q.Əliyev (Elçibəy) kimi sevəni M.Ə.Rəsulzadəni də, O-nun qurmaq istədiyi vətəni də dirildər, təsdiqlədər!
Vətəni H.Ə.Əliyev kimi də sevmək olar - torpaqlar əldən getsə də belə, vətən dünyaya günəş kimi doģacaq!
Vətəni I.H.Əliyev kimi də sevmək olar və 220 illik təcavüzü 44 günə silərsən!
Fəqət... MƏĢLUB OLA-OLA sabaha irəliləyən Azərbaycanın sabahı daha AYDIN idisə, I.H.Əliyevin QALIB Azərbaycanı daha təhlükəli durumda!
Dərhal açıqlamalar və təminatlar olmalıdır! - əks təqdirdə, torpaqların azad olunması nəinki hakimiyyətdə qalmanın müddətini uzadar, hətta ölkənin müstəqilliyini fiaskoya uģradar!
Danış, Rəcəb Tayyib Ərdoģan!
Anlat!!!
Həqiqəti bizə anlatdıgın üçün kimsə nə Səndən, nə TC-dən, nə də Türklükdən küsməz, vaz keçməz!
Bəlkə ABK-mız desə, bu, Ona da, AR-ə də təhlükə olar, amma Sən, eyyy RTE, Sən desən, ölkəmiz də, torpaqlarımız da, müstəqilliyimiz də Lavrov-Kələntəryan və Azər Rəşidoglunun təhdidlərindən xilas olar!
Vicdanı olan, gələcəyi düşünən bütün ziyalı kontingenti var-gücüylə xalq-dövlət birliyini ayaqda saxlamaga çalışır, melanxoliklər və fobiqlotlar isə... "dovodit do bezumie i psixoza" vaksini yeritməklə məşguldur!
Anlata bildimmi, sayın RTE?
p.s. Mən 26 fevral 2009-cu ildə Sənin ad gününə yazdıgım yazını 26 fevral 2021-ci il üçün tapacam - "Ad günümü Xocalıda keçirəcəyəm",- demisən! Ümid edirəm, Sən də Mir Şahini ittiham etməzsən ki, montaj edib...
Sevgilər və səcdələr...
Hörmətlə,
möhtərəm və möhtəşəm Aydın Can
Miq.Az