Barak Obama: Rusiyanın əli qana batıb

Barak Obama: Rusiyanın əli qana batıb
"Suriyadakı vəhşətin məsuliyyətini Bəşər Əsəd rejimi və onun müttəfiqləri olan Rusiya ilə İran daşıyır. Onların əllərində Suriyadakı qətliamların qanı var”.

Miq.az APA-ya istinadən xəbər verir ki, bunu Ağ evdə keçirilən ilin sonuncu mətbuat konfransında ABŞ prezidenti Barak Obama deyib. Obama çıxışında Hələbdəki son vəziyyət və Rusiyanın ABŞ-dakı seçkilərə haker hücumları vasitəsilə müdaxilə cəhdinə xüsusi diqqət ayırıb. 

ABŞ prezidenti deyib ki, Hələbdə mülki şəxslər hədəfə götürülüb: 

"Məsum insanların blokadaya alındığı, aclığa məhkum edildiyi bir strategiya ilə üz-üzəyik. ABŞ diplomatik və siyasi yollarla Suriyadakı vətəndaş müharibəsinin həllinə çalışıb. Dünyanın harasında olursa-olsun, müharibə səbəbindən bir uşağın ölümünə görə öz üzərimdə məsuliyyət hiss edirəm. Suriya məsələsi qarşılaşdığım ən çətin problemlərdəndir.

Obama Rusiyanın ABŞ-dakı seçkilərə haker hücumları ilə müdaxilə etməsini də sərt tənqid edib, "Rusiya dərhal buna son qoymalıdır” - deyib.
 

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az