Barak Obama: "Rusiyaya zamanında və yerində cavab veriləcək"

Barak Obama:

Rusiyaya ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə etdiyinə görə cavab veriləcək.

Bu bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.

Obama sadəcə ölkəsinin bu cavab üçün fürsət gözlədiyini deyib.

"Mən hesab edirəm ki, hansısa dövlət bizim seçkilərə müdaxilə edirsə, biz onlara qarşı tədbir görməliyik. Sadəcə ABŞ bu cavabı özü bildiyi zamanda və yerdə verəcək".

Obama bildirib ki, Putin onun nə dediyini yaxşı anlayır. Çünki bu barədə birbaşa və açıq mətnlə onun özü ilə danışmışam, deyə Barak Obama bəyan edib.

Xatırladaq ki, ABŞ hökuməti Rusiya xüsusi xidmət orqanlarını bu ölkədə keçirilən seçkilərə müdaxilə etməkdə günahlandırır.

ABŞ rusiyalı xakerlərin demokratlara məxsus məlumatları ictimaiyyətə sızdırmaqda ittiham edir./Ölkə.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az