FİFA-nın Etika Komitəsi Yozef Blatteri bu təşkilatın prezidentliyindən 90 günlüyə kənarlaşdırıb.
"Sky News" bu barədə Y.Blatterin müşaviri Klaus Ştelkerə istinadən məlumat yayıb.
Xəbərə görə, Etika Komitəsi sentyabrın 26-da Y.Blatter və UEFA prezidenti Mişel Platini barədə araşdırmalara başlayıb. Bundan bir gün əvvəl isə İsveçrənin Federal Ədliyyə Bürosu Y.Blatter barədə cinayət işi açıb. FİFA prezidenti vəzifə səhlənkarlığında və mənimsəmədə ittiham olunur.
Y.Blatter həmçinin M.Platiniyə 2 milyon İsveçrə frankı məbləğində rüşvət verməkdə suçlanır.
FİFA prezidentinə qarşı irəli sürülən ittihamlardan biri də onun Karib hövzəsi ölkələri Futbol İttifaqı ilə FİFA üçün əlverişsiz müqavilə imzalanması ilə bağlıdır.
Onu da qeyd edək ki, bu cinayət işi ilə əlaqədar FİFA-nın mənzil-qərargahında və Y.Blatterin iş otağında axtarışlar aparılıb.
Virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL