"Brüsseldə terror törətmiş şəxs Türkiyədən deportasiya olunmuşdu"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sensasion bəyanatla çıxış edib.

Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, bugünkü çıxışında Türkiyənin dövlət başçısı dünən Brüsseldə terror aktı törətmiş şəxsin bir müddət əvvəl Türkiyədə saxlanılaraq gəldiyi ölkəyə deportasiya olunduğunu, lakin Belçika hüquq mühafizə orqanları tərəfindən azadlığa buraxıldığını deyib.

Ərdoğan bundan əvvəl də Avropa ölkələrinin hakimiyyət dairələrini Türkiyənin deportasiya etdiyi şəxslərlə həddindən artıq yumşaq davrandıqlarına və terrorçulara qoşulmaq ittihamı ilə gəldikləri ölkələrə geri göndərilən potensial cinayətkarları heç nə olmamış kimi azadlığa buraxmalarına görə qinamışdı.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az