"Bu hesab sanballı üstünlükdür"
Çempionlar Liqasının 1/4 finalında baş tutan ilk görüşdə "Real"ı 2 cavabsız qolla məğlub edən "Volfsburq" Madriddə keçiriləcək oyun öncəsi böyük üstünlük əldə edib.
Miq.az goal.az-a istinadən xəbər verir ki, Bundesliqa klubunun baş məşqçisi Diter Hekkinq matçdan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
"Bu hesab sanballı üstünlükdür. "Santiago Bernabeu"da qol vurub "Real"ın hücumlarını qarşılamalıyıq. Yarımfinala çıxmaq üçün real imkanımız var. Bunu etmək üçün belə oyunu səfərdə də nümayiş etdirməliyik. Dünən "Real"a problem yaradacağımızı deyəndə gözlərinizə baxdım. Heç kim sözlərimə inanırdı. İndi gördünüz ki, futbolda hər şey mümkündür. Bu gün komandanın əsas fiqurlarından biri Bruno Enrike idi. Bu oyunçu ilə "Real"ı təəccübləndirmək istədik. Marselo və Arnold arasında yaşanan epizod? İdmana yaraşmayan mənzərə idi. Belə şeylərə futbol meydanında yer yoxdur".
Miq.az