"Mətbuat Şurası müxtəlif dövlət qurumlarının rəhbərlərinin media ilə birbaşa təmasında maraqlıdır və fəaliyyətdə olduğu müddətdə bu istiqamətdə çoxsaylı görüşlər təşkil edib. Bütün bunlar demokratik cəmiyyət quruculuğu baxımından son dərəcə önəmlidir”.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, "Nazir-redaktor dialoqu”nda qarşı tərəf də maraqlı olmalı, təşəbbüskar qismində çıxış etməlidir: "Mətbuat Şurası olaraq mövcud istiqamətdəki missiyamız barədə dəqiq təsəvvürümüz var. Hesab edirəm ki, burada qarşı tərəf də maraqlı olmalı, təşəbbüskar qismində çıxış etməlidir. Hər bir qurum gördüyü işlərin cəmiyyətdəki şəffaflıq göstəricisini müəyyənləşdirməlidir. Bunun ən yaxşı üsulu media ilə təmasların möhkəmləndirilməsidir. Bu, insanların həmin qurumların şəxsində bütövlükdə dövlətə olan inam və etimadı kontekstində dəyərləndirilməli məsələdir”.
Şura sədri qeyd edib ki, Mətbuat Şurası artıq illərdir həyata keçirilən "Nazir-redaktor dialoqu” layihəsinin davamlılığında maraqlıdır: "Bununla əlaqədar üzərimizə düşən bütün işləri gerçəkləşdirəcəyik”.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri