Sevil-Sevinc bacıları tərəfindən müstəqilliyimizin rəmzinə qarşı təhqir.
Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verlişində bu gün Azərbaycanın dövlət rəmzini təhqir edən hərkətə yol verilib.
A24.az saytının yaydığı videodan məlum olur ki, aparıcılar, gənc müğənnilər - Sevil-Sevinc bacıları verilişin gedişatı zamanı mahnı ifa etməyə başlayır və bu zaman dövlət rəmzlərimizdən biri olan Azərbaycan manatına qarşı hörmətsizlik edirlər.
Belə ki, bacılardan biri kadr arxasından verilən Azərbaycan manatını alaraq, digərinə ötürür. Həmin bacı isə mahnı oxuya-oxuya manatı cırmağa başlayır.
Qeyd edək ki, milli valyuta müstəqil dövlətin əsas rəmzlərindən biri hesab edilir. Bundan başqa, milli valyutanın bilərəkdən zədələnməsi yaxud cırılması qanun qarşısında məsuliyyət nəzərdə tutur. Belə ki, Azərbaycan manatı, yəni, milli valyuta Azərbaycan Mərkəzi Bankına - dövlətə məxsusdur və manatın cırılması dövlətin əmlakına zərər vurulması hesab oluna bilər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR