Cəbrayılov danışdı: Əgər həyatım geri fırlansaydı... - VİDEO

Cəbrayılov danışdı: Əgər həyatım geri fırlansaydı... - VİDEO

Bu gün Milli Məclisə müraciət edərək, deputat mandatından imtina edən Rafael Cəbrayılov mətbuat konfransı keçirib.

Axar.az xəbər verir ki, mətbuat konfransında R.Cəbrayılov əvvəlcə "200-dən çox evim var” sözünə aydınlıq gətirib.

O bildirib ki, borclu olduğu şəxsə (R.Cəbrayılov konkretləşdirməyib: Fətəliyeva Təranə Rasim qızına olan 300 min dollar borcu nəzərdə tutur, yoxsa Xatirə Nəcəfovaya 300 min dollar borcu) mənzil təklif edib. Qarşı tərəf etiraz etdikdə isə bildirib ki, orda 200-dən çox mənzil tikilib, mən təmin edərəm, ev satılsın, pul verilsin:

"Əfsuslar olsun ki, o məsələ bugünə qədər tam həllini tapmayıb. Belə bir məsələyə görə mənimlə bağlı məhkəməyə müraciət etdilər”.

R.Cəbrayılov məhkəməyə müraciət olunmasını dramatikləşdirməyə ehtiyac olmadığını deyib və bildirib ki, əksinə, məhkəmə prosesinə sevinir:

"Çünki ölkə Prezidentinin siyasəti nəticəsində hüquqi dövlət yaranıb və nəinki deputatı, naziri, hər kəsi məhkəməyə vermək olar. Bunun nəyi pisdir ki?”

R.Cəbrayılov həmin şəxsi evinə dəvət etməsi və problemin həllinə çalışmasından peşman olmadığını bildirib:

"Həyatım geriyə fırlansaydı, mən yenə bu cür hərəkət edərdim”.

Daha ətraflı videoda...

.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az