"Report" Vaşinqton Post qəzetinə istinadən xəbər verir ki, bu barədə həftəlik jurnalın baş redaktoru və naşiri Loran Surisso açıqlama verib.
"Biz peyğəmbərə çəkilən karikaturalardan azad fikrin ifadə olunması prinsiplərini qorumaq üçün istifadə etmişdik", - Surisso deyib. Onun sözlərinə görə, jurnalın əməkdaşları öz işlərini həyata keçirdilər. Onlar satirik rəsmlərlə bağlı hüquqlarını müdafiə etdilər.
Qeyd edək ki, bir qədər əvvəl, may ayında istefaya gedən Charlie Hebdo-nun baş karikaturaçısı Renal Lüzye demişdi ki, Məhəmməd Peyğəmbərin karikaturaları daha ona maraqlı deyil. "Mən artıq bundan yorulmuşam, eyni ilə Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin karikaturalarını çəkməkdən yorulduğum kimi. Mən bütün həyatımı onların karikaturalarına sərf etmək niyyətində deyiləm", - o vurğulayıb.
Xatırladaq ki, 2015-ci il yanvar ayının 7-də Parisdə Charlie Hebdo-nun redaksiyasına üç silahlı şəxs hücum etmişdi. Terror aktı zamanı 12 nəfər, o cümlədən 10 nəfər jurnalın əməkdaşı həlak olub.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL