Azərbaycanda iş görülərkən qaz (neft) kəmərlərini zədələyənlər böyük məbləğdə cərimə ediləcək.
Report xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Məcəllə layihəsinin 358-ci maddəsinə əsasən, iş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 300, hüquqi şəxslər isə 1 000 manat məbləğində cərimə ediləcəklər.
Xatırladaq ki, hazırda qüvvədə olan Məcəllənin 167-ci maddəsinə əsasən, qanunu pozan fiziki şəxslər 35 manatdan 40 manatadək, vəzifəli şəxslər 60 manatdan 80 manatadək, hüquqi şəxslər isə 90 manatdan 150 manatadək miqdarda cərimə edilir.
Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Bu layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. İnzibati Xətalar Məcəlləsinin layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?