David Tonoyandan SENSASİON AÇIQLAMA:“Rusiyadan yararsız silahların kim aldığını deyə bilərəm”

David Tonoyandan SENSASİON AÇIQLAMA:“Rusiyadan yararsız silahların kim aldığını deyə bilərəm”

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan sensasion müsahibə verib. Alp.az xəbər verir ki, erməni mediasına müsahibə verən David Tonoyanın müsahibəsindən bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq.

Tonoyan bu müsahibəsində bəzi qüvvələrə mesaj da göndərib. Bu isə o deməkdir ki, ona yardım etməsələr, Tonoyan ciddi adamların adını çəkəcək.

"İndiyədək mən siyasi proseslərə qarışmaq baxımından təmkin göstərmişəm və vəkillərimin açıqlaması da bununla bağlı olub. Yeni yaradılmış istintaq komissiyaları vasitəsilə 44 günlük müharibə ilə bağlı izahatlarımı ictimaiyyətə təqdim etmək üçün hələ də əsaslar olacaq, təbii ki, sonuncuların işinin obyektivliyi və qərəzsizliyi təmin olunarsa.Guya məni ittiham edirlər ki, Rusiyadan yararsız silahlar, əsasən raketlər almışam. Bəli bunlar mənim dövrümdə alınıb. Bunun alınması prosesinə indi adını açıqlamadığım adamlar təyziq ediblər. 1988-1991-ci ilin silahlarını almaq üçün bizə təsir edən qüvvələr indi susub. 44 günlük müharibədə bu silahların yarasız olduğu ortaya çıxdı. Silahları kim alıb? Nə Rusiyadan nə də Ermənistandan bizə təsir edən adamların səsi çıxmır. Amma zamanı gələcək onların da adı açıqlanacaq. Rusiyadan yararsız silahların kim aldığını deyə bilərəm.”- deyə Tonoyan bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az