Vətəninfo.az xəbər verir ki, “Eurovision 2014” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən ifaçı Dilarə Kazımova nişanlanması barədə maraqlı açıqlamalar verib. ANS PRESS-in məlumatına görə, yerli telekanallardan birinə müsahibə verən müğənni nişanlısı barədə danışıb. O, ailə qurmaq üçün seçdiyi şəxs ilə müsabiqədən öncə tanış olduğunu deyib. Toyuna hazırlıqlar görən Dilarə ailə qurduqdan sonra da sənətinə davam edəcəyini bildirib:
“Nişanlım səs yarışmasında da, “Eurovision” ərəfəsində də mənə dəstək olub. Çox vaxt deyirlər ki, qadınlar ərə gedəndən sonra sənəti atır, amma məndə belə olmayacaq. Bu adam bilir ki, mən peşəmi çox sevirəm, həyatımı onsuz təsəvvür etmirəm. Bəziləri deyirlər ki, “Eurovision” düşərli olur, iştirak edən qızlar ərə gedirsən. Hətta "Bəxtvision"da adlandıranlar olur. Mən müsabiqədən əvvəl o insanla münasibətdə idim, istəyirdik müsabiqədən əvvəl nişan və toy edək. İşlərimiz çox olduğundan qərar verdik ki, sentyabr-oktyabrda olsun”.
Qeyd edək ki, Dilarənin nişanlısı Azərbaycanda fəaliyyət göstərən iş adamı kimi tanınan türk vətəndaşıdır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR