Ölkəmizi UEFA Avropa Liqasında təmsil edən "Qarabağ” növbəti transferini rəsmiləşdirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə apasport.az saytına Ağdam klubunun icraçı-direktoru Əmrah Çəlikəl məlumat verib.
O bildirib ki, çoxdan razılığa gəldikləri makedoniyalı müdafiəçi Vladimir Dimitrovskinin keçidini rəsmiləşdiriblər: "Dimitrovskini artıq "Qarabağ”ın futbolçusu saymaq olar. Onunla 1+1 formatında müqavilə imzaladıq. Dimitrovskinin adını PFL-ə göndərdiyimiz iştirak ərizəsinə əlavə etdik. Əgər baş məşqçi Qurban Qurbanov şans verərsə, bu həftə "Xəzər Lənkəran”la keçiriləcək çempionat matçında debüt edə bilər”.
Ə. Çəlikəl bildirib ki, "Qarabağ” transfer çalışmalarını yekunlaşdırıb: "Daha transfer gözlənilmir. Heç bir futbolçu ilə danışıq aparmırıq”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL