Ebru elə bir geyim geyindi ki...
Türkiyənin məşhur modelyeri Cengiz Abazoğlu yeni "Sonsuz" adlı dəfiləsini təqdim edib.
Vətəninfo.az xəbər verir ki, Axşam.az-ın
Türkiyə mediasına istinadən məlumatına görə, aparıcı və model Ebru
Şallı gecənin ən cəsarətli geyimli qonağı olub. O, "Abazoğlu" imzalı
mavi geyimi, transparan ətəyi ilə fotoqrafların diqqətini çəkib. Müğənni
Sinan Akçılla sevgili olan Ebru müxbirlərə "Niyə fotolarımı bu qədər
çəkirsiniz" deyə soruşub.
Adı bir vaxt S.Akçılla çəkilən Ziynət Salı E.Şallı ilə mehriban söhbət edərkən görünüb.
Karyerasında 25-ci ilini qeyd edən C.Abazoğlunun yeni payız-qış kolleksiyasını podiumda tanınmış modellər təqdim edib.