Eldar Mahmudovun daha bir kadrı “vuruldu”-Polkovnik Qədir Əkbərov

Eldar Mahmudovun daha bir kadrı “vuruldu”-Polkovnik Qədir Əkbərov

Eldar Mahmudov və onun cinayətkar dəstəsinin ifşası və  MTN adlı qurumun ləğvindən sonra köhnə komandaya bu və ya digər formada bağlılığı olan şəxslər yeni qurumda-DTX-da özlərinə yer tapa bilmirlər. Son aylar ərzində Eldar Mahmudovun nəfsinin qurbanına çevrilərərək, öz peşə şərəfini qoruya bilməyən yüzlərə şəxs DTX-da yer ala bilmədi.

Miq.az Gununsesi.info-ya istinadən xəbər verir ki, DTX rəisi Mədət Quliyevin əmriylə MTN-nin İnspektorluq İdarəsinin rəisi olmuş  polkovnik Qədir Əkbərov bu qurumdan xaric edilib. Saytı bilgiləndirən mənbənin sözlərinə görə, Qədir Əkbərov  DTX-da qalmağa nail olsa da  bir neçə gün əvvəl köhnə əməllərinin araşdırılması onun qovulması ilə nəticələnib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az