AXCP sədrinin müşaviri Məmməd İbrahim polis tərəindən saxlanılıb.
"Azadlıq” qəzetinin yazdığına görə, M.İbrahim Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlıya Nərimanov Rayon Polis İdarəsindən telefon vasitəsilə Məmməd İbrahim özü məlumat verib.
Qeyd edək ki, Məmməd İbrahim sentyabrın 30-da günortadan sonra Nərimanov Rayon Polis İdarəsi 18-ci polis bölməsinə çağırılıb. O, partiya yoldaşları ilə birlikdə bölməyə gedib. Cəbhəçilər bir neçə saat onu bölmənin qarşısında gözləsələr də xəbər çıxmayıb. Sonradan xəbər tutublar ki, Məmməd İbrahim bölmədən Nərimanov Rayon Polis İdarəsinə aparılıb. İdarəyə gedən cəbhəçilərə isə oradan heç bir məlumat verilməyib. Yalnız saat 23 radələrində Məmməd İbrahim özü telefonla məlumat verəndən sonra bəlli olub ki, o, həbs edilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL