Aqil Kəngərli (Tarixçi-şair)
Bir xoş gün görəmmədim,ömrün gənc çağlarında,
Soldu vusal gülləri,həsrət bağçalarında.
Bu həsrətin kədərli,yaxın-uzaqlarında,
Unutmaram heç zaman səni bir an dünyada,
Gülüm,sağ-salamat qal.Xoşbəxt yaşa.Əlvida...
Bizim bu pak sevgimiz,nə etmişdi,kimə,nə ?
Nə səni anladılar,nə rəhm etdilər mənə.
Bağladı yolumuzu,köhnə adət-ənənə,
Bizi özgələr deyil,doğmalar saldı oda,
Gülüm,sağ-salamat qal.Xoşbəxt yaşa.Əlvida...
Boyun əydik taleyə,səddi aşa bilmədik,
Saxta "eşqlər"yaşadıq,uyğunlaşa bilmədik.
Gördük bir-birimizi,yaxınlaşa bilmədik,
Mən yelkənsiz bir qayıq,sən dənizdə bir ada,
Gülüm,sağ-salamat qal.Xoşbəxt yaşa.Əlvida
Nəsibimiz ayrılıq,kədərdisə,ahdısa,
Biz qismətə nökərik,o da bizə şahdısa,
Nəyi dəyişmək olar,bəxt yazan Allahdısa,
Yaradanın yolunda olsun canımız fəda.
Gülüm,sağ-salamat qal.Xoşbəxt yaşa.Əlvida.
Göz yaşımız gizlicə qəlbimizə axsa da,
Bizi birgə görənlər,rişxənd ilə baxsa da,
Naləmiz,fəryadımız,şimşək kimi çaxsa da,
Bu nisgillər içində,getsə də ömür bada,
Gülüm,sağ-salamat qal.Xoşbəxt yaşa.Əlvida.
Hər çiçəyin ətiri,səni xatırladacaq,
Birgə keçirdiyimiz anı xatırladacaq.
Sonu ayrılıq olan,günü xatırladacaq.
Gündüz GÜNəş,gecə AY səni salacaq yada,
Gülüm,sağ-salamat qal.Xoşbəxt yaşa.Əlvida.
Əllərində əlimin izi yaşayacaqsan,
Qəlbində özünü yox,bizi yaşayacaqsan,
Düşünüb hər dediyim sözü,yaşayacaqsan.
Yaddaşında qalacaq bu səs,bu ün,bu səda,
Gülüm,sağ-salamat qal.Xoşbəxt yaşa.Əlvida.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR