Ərdoğandan UEFA-ya etiraz-“Qalatasaray”a görə

Ərdoğandan  UEFA-ya etiraz-“Qalatasaray”a görə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nı tənqid edib.

Qol.az-ın "Hürriyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, o, jurnalistlərə açıqlamasında qitənin ali futbol qurumunun "Qalatasaray”ı bir il müddətinə avrokuboklardan kənarlaşdırmaqla bağlı qərarına etiraz edib.

"Niyə kluba cəza verirsiniz? Cəza işində təqsiri olan klub rəhbərliyinə verilməlidir. "Qalatasaray”ın 20-25 milyon azarkeşi var. UEFA bu cəza ilə həm də həmin o azarkeşləri cəzalandırıb” – deyə Ərdoğan bildirib.

O, UEFA-nın bu qərarının haqsız olduğunu söyləyib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az