Ərdoğanla Putin razılığa gəldi
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Suriyaya dair sülh danışıqlarının Qazaxıstanın paytaxtı Astanada davam etdirilməsi haqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla razılaşdıqlarını açıqlayıb.
Miq.az Unikal.org-a istinadən xəbər verir ki, Putin Yaponiya səfəri zamanı təşkil etdiyi mətbuat konfransında "Reuters" xəbər agentliyinə Astanadakı danışıqların İsveçrənin Cenevrə şəhərində BMT-nin vasitəçiliyi ilə aparılan müzakirələrə əlavə olaraq gerçəkləşdiriləcəyi haqda məlumat verib.
Putin Rusiyanın Suriyada məqsədinin atəşkəsi təmin etmək olduğunu deyib.
Miq.az