Azərbaycanda I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Finlandiya, Slovakiya, Estoniya, İrlandiya, Portuqaliya, İsrail və Ermənistan idmançıları Azərbaycana gəlib.
Onları Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllülər qarşılayıblar.
İdmançılar onlar üçün ayrılan avtobuslarla Atletlər kəndinə yola salınıblar. Qonaqlar arasında, həmçinin həmin ölkələrin jurnalist və nümayəndə heyətləri də var.
Qeyd edək ki, I Avropa Oyunlarında iştirak edəcək Ermənistan nümayəndə heyətində əvvəlcədən 28 idmaçının iştirak edəcəyi bildirilsə də, Bakıya 18 idmançı gəlib. Ermənilər idmanın boks, güləş, atıcılıq, sambo, cüdo növləri üzrə yarışacaqlar.
İyunun 12-dən 28-dək davam edəcək I Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisinin iştirak edəcəyi gözlənilir.(Report.az)
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL