Ermənilər tərəfindən gullələnən boksçumuz olkəni niyə tərk edib?

Ermənilər tərəfindən gullələnən boksçumuz olkəni niyə tərk edib?

"Mən daima Azərbaycan üçün vuruşmuşam"-Məhşur boksçu

Mənə dedilər ki, get hansı ölkədən gəlmisən orda da vuruş

Tanınmış boksçu Ağali Alışov Miq.az saytına şikayət məktubu göndərib. Şikayət məktubunu sizə olduğu kimi təqdim edirik:

"Daima  bacardığım qədər ölkəmin ictimai və mədəni həyatına öz töhfələrimi verməyə, gözəl əməllərimlə, idman koryeramla gənclərə nümunə olmaga çalışmışam.Öz  maddi və mənəvi gücümə çıxıb döyüşdüyüm  bütün yarışlarda doğma Azərbaycanımızı layiqincə təmsil edib bayrağımızı yüksəltmişəm. Çünkü Vətən sevgisi elə bir hissdir ki, onun haqqında nə keçmiş, nə də gələcək zamanda danışmaq olmur. Bu hiss daima insanla bir yaşayır.
Peşəkar boksdan 2011-ci ildə Bakıda qarşımda çoxlu problemlər yaratmaqlarına baxmayaraq öz gücümə WBA versiyasından Avropa çempionatlığını təşkil etdim və qalib gələrək ilk azərbaycanlı Avropa çempionu  kimi tarix yazmış oldum. Bu yarışın Azərbaycanda keçirilməsinə şəxsən Idman nazirliyi və Boks federasiyasi icazə vermişdir. Ictimai televiziya kanali isə döyüşüm 12 raundu birbaşa yayımlamışdır. Bu yarışı vətənimdə keçirməyimdə isə  heç bir maddi marağım olmayıb.Yarışlarımın keçirilməsində mənə daima dəstək olan sponsorlarım olub. Sadəcə Ukrayna dövlətində yaşamağıma baxmayaraq, fikrim ondan ibarət olub ki, belə bir döyüşü məhz öz doğma Vətənimdə keçirim. İstər qalib, isdərsə də məğlub olduğum halda hisslərimi məhz öz millətimlə bir yerdə yaşayım. Axı mən daima Azərbaycan üçün vuruşmuşam. Şükür Allaha ki, Allah qalib olmağı mənə nəsib etdi.

Lakin 2014-cü ildə Ukraynada başlayan böhrandan sonra Vətənim Azərbaycana döndüm. Idman koriyeramı davam etdirmək ücün dəfələrlə Boks fedarasiyasina, Gənclər və Idman nazirliyinə həm yazılı, həm şifahi müraciətlər etdim. Lakin cavab olaraq mənim kimi bir idmançını tanımadıqlarını hər dəfəsində mənə söylədilər. Cənab prezidentə, Mehriban xanım Əliyevaya məktub yazacağımı, mətbuat konfransı keçirib bu məsələyə aydınlıq gətirəcəyimi bildirəndə bu azğınlaşmış "insanlar" mənə hədə qorxu gələrək hər səfərində polis gücünə məni Gənclər və İdman "nazirliyindən" uzaqlaşdırırdılar. Lakin mən bu işin  sonuna çıxmağı qarşıma məqsəd qoymuşdum. Bir necə gündən sonra yenidən Gənclər və İdman nazirliyinə gəldim. Bildirdim ki, jurnalistləri ora dəvət edib bu işi ictimailəşdirəcəm və səsimi ölkə başçısına çatdıracam. İlk öncə mənə kimə isdəyirsən get çatdır, nə etmisən özün üçün etmisən (sanki atamın bayrağını yüksəltmişəm) dedilər. Get hansı ölkədən gəlmisən ordada vuruş. Mən Azərbaycan vətəndaşı olduğumu bildirdim bu bisavadlara. Sonra isə gözləməyimi söylədilər. Mən isə gözləməli oldum. 10-15 dəqiqədən sonra haqqımı istədiyim üçün gəlib məni apardılar Nərimanov polisinə 3 saat saxlayıb buraxdılar. Bundan sonra dəfələrlə ölkə başçısına bu cür haqsızlıqlarla üzləşdiyim haqda məktublar və teleqramalar vurdum. Nəticədə heç birinə cavab almadım. Getdim prezident aparatına və Gənclər və İdman nazirliyindəki aqibət orda da başıma gətirildi. Bir neçə iş nömrəsinə zəng vurdum. Sonuncu dəstəyi götürən insana problemlərimi danışmağa başladım. Bu insan bir az qulaq asandan sonra mənə bura idman nazirliyidir dedi. Mənsə idman nazirliyində şikayətimə baxılmadığı üçün cənab prezidentə müraciət etmək istəyimi bildirdim. Bu adam sanki küçədə biri ilə danışırmış kimi başın bədəninə ağırlıq etməsin dedi. Sonra məni 4 nəfər polis patrul maşını ilə apardı Nəsimi polisinə. Əmin idim ki, bu məktubların heç biri cənab prezidentə çatdırılmayıb. Bunu cənab prezident özü də dəfələrlə vurğulayıb ki, işçilərim məni aldadır və məlumatları məndən gizlədirlər. İdmana qayğı göstərən bu cür prezidentimiz inanıram ki, məktublarımı alsa idi bu işi yoluna qoyacaqdı.
Öz Vətənimdə bu cür haqsızlıqla üzləşməyim mənə çox pis təsir etmişdir. Bu cür davranış məni çox sıxdı. Doğma Vətənimdə özümü yad hiss edirdim. Axı mən öz Vətənim haqda başqa düşüncələrdə idim. Ölkə başcısına səsimi çatdırmağın yollarını axtarırdım. Qərara gəldim ki, çıxım Koroğlu körpüsünün üstünə Idmana aidiyyatı olan bütün qurum işçilərini və jurnalistləri ora dəvət edib bu işə aydınlıq gətirim. Nədən mənə bu cür davrandıqlarını bilim. Lakin bu cəhtimdə baş tutmadı. Koroğlu metro stansiyasında olan körpünün üstündəki polislər tərəfindən saxlanılıb Bakı şəhəri baş polis idarəsinə aparıldım. Orada professor polislərimiz məni dindirdikdən sonra özlərindən uydurdular ki, güya mənim pisxoloji problemlərim var və mən dəlixanada yatmalıyam. Bax bu cür şərəfsizliyə əl atdılar. Sağ olsunlar tanışlar vastəsi ilə onların əlindən canımı qurtardım və ölkəni tərk elədim.
Lakin əziz həmvətənlər! Bu yaxınlarda Almaniya dövlətində idman müqaviləsi bağladım və bundan sonra koryeramı Almaniya bayrağı altında davam etdirəcəm. Belə bir şansı mənə verdiyi ücün Almaniya dövlətinə öz  böyük minnətdarlığımı bildirirəm və söz verirəm ki, bacardığım qədər çalışıb bundan sonra Almaniya dövlətini laiqincə təmsil edəcəm.
Bəlkədə çoxları atdığım bu addıma görə məni qınayacaq, ancaq peşəkar boksdan ilk azərbaycanlı Avropa çempionu olmağıma baxmayaraq koryeramı izləyən insanlar mənim doğma Vətənim Azərbaycanda son vaxtlar başıma açılan oyunlardan xəbərdardırlar.
Harda olmağıma baxmayaraq qəlbim hər zaman Azərbaycan ücün döyünüb və bundan sonra da döyünəcək. Bacardığım qədər yenə də həmişə olduğu kimi gənclərə nümunə olmağa və əlimdən gələn köməkliyi etməyə çalışacam. Mən qəlbimdə Azərbaycanlıyam və bununla da fəxr edirəm.
Lakin hələ də ümüdlüyəm  ki, cənab prezident yazılarıma cavab verəcək."

Miq.az saytı bir daha nəzərinizə çatdırmaq istəyir ki, tanınmış boksçu Ağali Alışov Moskvada ermənilər tərəfindən gullələnmişdi. "Xalqlar dostluğu" universitetində erməni tələbələr qondarma "DQR"-in bayrağını qaldıranda Ağali Alışov buna mane olmuşdu və altı nəfər ermənini zərərsizləşdirən boksçumuza ermənilər  tapançadan uç güllə atmışdı... 





Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az