
Kiyevdə 79 yaşlı ukraynalı fotoqraf, 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən faciəni hamıdan birinci lentə alan İqor Kostin ölüb. Vətəninfo.az-ın məlumatına görə, Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, mərhumun həyat yoldaşı Allanın dediyinə görə, əri avtomobil qəzasında həyatını itirib.
1986-cı il aprelin 26-da Çernobıl AES-in reaktorundakı partlayışdan bir neçə saat sonra İqor Kostin və iki başqa fotoqraf baş verənləri lentə almaq üçün helikopterlə hadisə yerinə yollanıblar. Ancaq radiasiya bütün fotoları məhv edib, lentdə yalnız partlayan dördüncü enerji blokunun təsvirləri qalıb. Kostin sonradan yenidən Çernobıl ərazisinə qayıdıb. O, şəhərin təmizlənməsini lentə alıb, iki dəfə dağılmış reaktora düşüb, eləcə də qəzadan sonra patologiya əlamətləri ilə anadan olan uşaqları çəkib.
Kostin bütün bu fəaliyyətinə görə fotojurnalistika aləmində prestijli sayılan World Press Photo mükafatına layiq görülüb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL