Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planalma ekspedisiyası tərəfindən Bayıl dərəsinin sağ yamacında (sürüşmənin baş verdiyi ərazi) aparılan mühəndisi–geoloji kompleks tədqiqat işləri vaxtından 1 ay öncə başa çatdırılıb.
Bu barədə APA-ya ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
O bildirib ki, aparılmış tədqiqat işləri ilə bağlı hesabat hazırlanıb və aidiyyəti dövlət orqanları tərəfindən hesabata rəy verilib: "Hesabat baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunub. Bayıl dərəsinin sağ yamacı haqda təkliflər hesabatda öz əksini tapıb”.
Ə. Qaralov qeyd edib ki, tədqiqat işlərinin başa çatdırılmasına baxmayaraq, ərazidə müşahidələrin aparılması davam etdirilir.
Ekspedisiya rəisi sürüşmə sahəsində vəziyyətin stabil olduğunu, aktivliyin müşahidə olunmadığını da vurğulayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR