Astarada 6 nəfərin yaşadığı evə ildırım düşüb.
Vizual.az-ın Region TV-yə istinadən məlumatına görə, nəticədə ev yaşayış üçün yararsız vəziyyətə düşüb.
Cənub bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində çaxan güclü şimşək Astara rayonunda yaşayış evinə ildırım düşməsi ilə nəticələnib. Bədbəxt hadisə rayonun Şiyəkəran kənd sakini Zöhrab Dadaşova məxsus evdə qeydə alınıb.
Belə ki, təqribən saat 10:00 radələrinə evin birinci mərtəbəsində oturan 8 nəfərdən ibarət ailə üzvləri evdə partlayışa bənzər səs eşidərək ikinci mərtəbəyə qalxıblar. Bu zaman bütün işıqları sönərək tüstüyə qərq olan evdə güclü təkanlar baş verib.
İldırımının evə hardan daxil olmasını təyin etmək isə hələ də mümkün olmayıb.
İlkin ehtimala görə, ildırım əvvəlcə yaşayış evinin arxasında olan elektrik dirəyindəki sayğacı sıradan çıxarıb, daha sonra naqillər vasitəsilə evə daxil olub. Bundan sonra divar daxili çəkilən elektrik xətlərini və otaqları yararsız hala salaraq damdan çıxıb.
Baş verən hadisədə ciddi xəsarət alan olmasa da, 84 yaşlı nənə hələ də olayın şokundan özünə gələ bilməyib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL