Bu il ərzində Azərbaycanın şimal zonası - Oguz, Şamaxı-İsmayıllı seysmogen zonasında və Şabran və Talış zonasında seysmikliyin artımı müşahidə olunur.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, 2015-ci ildə 2014-cü ilə nisbətən Xəzərin seysmikliyi bir qədər artıb, ayrılan seysmik enerji isə 2 dəfə az olub: "Vəndam, Daşgil-Mudrəsə, Siyəzən, Maxaçqala-Türkmənbaşı, Öntalış uzununa, Tər-Tər-Oğuz, Girdimançay eninə, Axvay, Taircalçay-Salyan ortoqonal dərinlik qırılmaları istiqaməti boyu aktivləşmə müşahidə olunur. Nisbətən yüksək seysmik aktivlik Böyük Qafqazın cənub-şərq yamacında Oğuz (A10=1.6-2.0), Şəki (A10=1.0), Qəbələ (A10=1.0-1.6), Şamaxı-İsmayıllı (A10=0.4-2.0), Şabran (A10=1.6-1.9), Talış (A10=0.6-1.9) zonalarda müəyyən olunur. Bununla yanaşı, Xəzər dənizində Abşeronun şimal, mərkəzi, cənub hissəsində aktiv sahələr (A10=0.4-1.6), İran zonasında (Təbriz ş.) (A10=0.6-2.0) müşahidə olunur”.
Mərkəzdən qeyd edilib ki, respublika ərazisində gərginlik vəziyyəti 2014-cü ilə nisbətən Böyük Qafqazın cənub-şərq yamacında bir qədər azalıb, Kiçik Qafqaz və Talış bölgələrində isə gərgin olaraq qalır.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat