Əvvəl Lavrov, sonra Ərdoğan Bakıya gələcək-Bəs sonra?..

Əvvəl Lavrov, sonra Ərdoğan Bakıya gələcək-Bəs sonra?..

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Bakıya səfər edəcək. 

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata görə, Lavrovun Azərbaycana rəsmi səfəri gözlənilir. Səfər bu həftənin sonuna planlaşdırılır.

Eyni zamanda Lavrov regiona səfəri çərçivəsində İrəvana da gedəcək.
Xatırladaq ki, Sergey Lavrov Azərbaycana sonuncu dəfə aprelin 6-də gəlib. O, səfər çərçivəsində prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirib. 

Sergey Lavrov İlham Əliyevlə görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Görüşdən sonra Lavrov müzakirələrin bəzi təfərrüatlarından danışıb. 

"Təmas xəttində snayperlər var. Bu, çox təhlükəlidir. İndiki situasiya bizim hamımızı ayıldacaq və teziklə bu tədbirləri razılaşdırmağa məcbur edəcək. Mən bu məsələyə İlham Əliyevlə danışıqlarımızda toxundum. O, belə yanaşmanı dəstəkləyir”, - deyə Lavrov qeyd edib.

Lavrov qeyd edib ki, həm prezident Vladimir Putin, həm də baş nazir Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daim müxtəlif ideyalar irəli sürüblər. O bildirib ki, təkliflərin detalları barədə məlumat verməyəcək. "Amma danışıqlar masası ətrafında bir neçə həll variantı var. Biz bunları ötən gün prezident İlham Əliyevlə görüş zamanı da müzakirə etdik. Bizim səylərimiz davamlı olacaq”, - deyə Lavrov bildirib.


                              Lavrovdan sonra Ərdoğan gələcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana aprelin 26-də səfər edəcək.

Bu barədə RİA Novosti-yə Türkiyə Prezident Administrasiyası Protokol xidmətinin nümayəndəsi məlumat verib.

Bundan əvvəl Ərdoğanın Bakıya aprelin 25-27-si tarixlərində - BMT forumunun keçiriləcəyi müddət ərzində səfər edəcəyi bildirilmişdi.

"Prezident Ərdoğan Bakıya aprelin 26-da BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak üçün səfər edəcək", — deyə agentliyin həmsöhbəti bildirib.
 
O ki qaldı Ərdoğanın sonuncu səfərinə..Onu sonuncu dəfə Bakıya gəlməyə qoymadlar ki...Kim və ya kimlər sualına isə cavab tapmaq çox çətindir! Ərdoğanın Azərbaycana səfəri öncəsi Türkyənin terrorla qan gölünə döndərilməsi bu gün siyasətçilərin açmaq istədiyi əsas məsələlərdən biridr. 

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az