Fransanı növbəti izdihamlı nümayiş dalğası bürüyüb. "Report" AZƏRTACa istinadən xəbər verir ki, hökumətin yürütdüyü sərt iqtisadi siyasətə etiraz əlaməti olaraq aprelin 9-da ölkənin beş əsas və 800 müəssisənin həmkarlar təşkilatının çağrışı ilə Parisdə və digər şəhərlərdə nümayişlər keçirilib.
Nümayiş iştirakçılarına Eyfel qülləsinin, Luvr muzeyinin əməkdaşları, orta məktəblərin müəllimlərinin 24 və ali təhsil ocaqlarının tələbə-müəllim heyətinin 35 faizi, kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən üç həftədən artıq tətil keçirən Fransa radiosunun jurnalistləri qoşulublar.
Həmkarlar təşkilatlarının məlumatına əsasən Parisdə 120 min, Marseldə 7 min, Bordoda 10 min, Tuluzda 8 min, Nantda 3 min və Ruanda 5 min insan nümayişdə iştirak edib. Ümumilikdə ölkə üzrə 300 min nəfərin nümayişə qatıldığı bildirilib.
Nümayişçilər hökumətdən sərt iqtisadi siyasətə son qoymağı, əmək haqlarını və təqaüdləri artırmağı tələb ediblər. Əks halda daha izdihamlı və uzun müddətli tətil keçiriəcəklərini bildiriblər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR